"Qəbələ" qalib gəldi, "Şamaxı" "Sabah"ı büdrətdi - YENİLƏNİB

3 Dekabr 2022 18:55 Premyerliqa 1 175
"Qəbələ" qalib gəldi, "Şamaxı" "Sabah"ı büdrətdi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha iki oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edəcək.

Meydan sahibləri 21 xalla beşinci, qonaqlar 10 xalla səkkizinci pillədə qərarlaşıblar. Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər.

Bunların 10-da əyalət təmsilçisi, 5-də paytaxt klubu qələbə qazanıb. Topların nisbətində də “Qəbələ”nin üstünlüyü var - 35:20.

Günün ikinci görüşündə 38 xalla ikinci sırada olan “Sabah” 11 xalla yeddinci yerdə gedən “Şamaxı”nı sınağa çəkəcək.

Tərəflər bu vaxtadək Premyer Liqada 15 dəfə görüşüblər. Hər iki komandanın aktivində 5 qələbə varsa, digər 5 qarşılaşmada heç-heçə qeydə alınıb.

Topların nisbətində “Şamaxı” cüzi üstünlüyə malikdir - 16:15.

Turun ilk matçında “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə üstələyib. Tura dekabrın 4-də “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.

3 dekabr (şənbə)

14:30. “Qəbələ” – “Səbail” 2:1

Qollar: Feras Abu Akal, 35, Ülvi İsgəndərov, 63 - Kizito Luvaqa, 4

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov

17:00. “Sabah” – “Şamaxı” 1:1

Qol: Kristian Sebalyos, 2 - Fuad Bayramov, 89

Qırmızı vərəqə: Kristian Sebalyos, 25 - Elçin Mustafayev, 75

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Vüsal Əliyev

“Bank Respublika Arena”

“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“Şamaxı”: 1. Rəşad Əzizli (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 14. Uğur Cahangirov, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov, 79. Emil Qasımov
Baş məşqçi: Vüqar Əsgərli

Digər Xəbərlər
Xəbər Lenti