"Sabah" Masazırda, "Neftçi" Bayılda qalib gəldi - YENİLƏNİB

16 Sentyabr 2022 22:29 Premyerliqa 1 145
"Sabah" Masazırda, "Neftçi" Bayılda qalib gəldi - YENİLƏNİB

Misli Premyer Liqasında VII tura start verilib.

Sportinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son turun ilk günündə iki matç baş tutub.

Günün ilk görüşündə “Sabah” “Turan Tovuz”u qəbul edib. Məhsuldar keçən görüşdə meydan sahibləri üç xalı üç qolla qazanıb – 3:1.

Bu qələbədən sonra “Sabah” turnir cədvəlinin zirvəsinə yüksəlsə də, liderliyi bir neçə saat çəkib. Paytaxt derbisində “Neftçi” “Səbail”in qonağı olub.

Meydan sahiblərinin müqavimətini yalnız ikinci hissədə qıran bakılılar çətin qələbə qazanıb. Bu, Laurentsiu Regekampfın yetirmələrinə ən azı iki günlük liderliyi ələ keçirməyə imkan verib.

16 sentyabr

18:00. "Sabah" - "Turan Tovuz" 3:1

Qol: Davit Volkov, 15 (1:0), Con Lens Mikels, 34 (2:0), Runi Eva, 81 (2:1), Elvin Camalov, 90+6-pen (3:1)
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
"Bank Respublika Arena".

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov
Məşqçi: Vitaliy Korneev
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

20:30. “Səbail” – “Neftçi” 0-2

Qollar: Emin MahMahmudov, 53, Gilyerme Pato, 83
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Feyzulla Feyzullayev

“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk
Baş məşqçi: Mahmud Qurbanov

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 37. Elton Əlibəyli, 97. Elşad Tağıyev, 78. Elcan Əbilov, 4. Solomon Kverkveliya, 16. Gilyerme Pato

Baş məşqçi: Laurentsiu Regekampf

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!