"Kəpəz"də üzlər gülsə də...

10 Avqust 2022 14:40 Premyerliqa 675
"Kəpəz"də üzlər gülsə də...

"Kəpəz" yeni mövsümə pis start götürmədi.

Komanda güclü rəqiblərdən sayılan "Zirə" ilə matçda bərabərliyi son saniyələrdə əlindən qaçırdı.

Hətta son 10 dəqiqəni azlıqda qalan paytaxt təmsilçisin udmaq da olardı. Amma 3 xal bir kənara, Yaşar Vahabzadənin yetirmələri 1 xala da həsrət qaldı.

Təcrübəli mütəxəssisdən söz düşmüşkən, uzun müddətdir Gəncə təmsilçisində onun barədə davam edən mənfi müzakirələr hələ də bitmir.

Komandanın vurduğu qoldan sonrakı sevincin, 90 dəqiqə meydandakı döyüşkənliyin görən də Vahabzadənin futbolçularla əla münasibətdə olduğunu düşünər.

Amma vəziyyət heç də göründüyü qədər xoş deyil, daha da qəlizdir.

Belə ki, aşağ-yuxarı klubda Yaşar müəllim heç kimlə yola getmir. Bu barədə Qərb təmsilçisindən redaskiyamıza məlumat verilib.

Köməkçi məşqçilər - Əli İsmayılov və Vidadi Rzayevin baş məşqçi ilə münasibətləri çərçivəni çoxdan aşıb. Aralarında bir neçə dəfə qalmaqal yaşanıb.

Futbolçular bəzən məşqlərdə çalışdırıcı ilə mübahisələrə girir, səs tonlarını qaldırırlar.

Hətta "oyunlarda kişi kimi sona qədər döyüşəcəyik" deyənlər də Yaşar Vahabzadənin getməsini istəyir, bunun üçün günləri sayırlar.

Belə ab-havada baş məşqçi adına nə qədər duruş gətirmək mümkün olacağını demək çox çətindir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi