Bu gün Misli Premyer Liqasında 2025-2026 mövsümünə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu - 33-cü turda bir oyun keçirilib.
"İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu oyun komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib.
Belə ki, mövsümü "İmişli" 9-cu, "Karvan-Yevlax"ın isə sonuncu - 12-ci pillədə tamamlayıb.
Turun daha əvvəl keçirilən matçlarında "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.
16:00. "İmişli" – "Karvan-Yevlax" 1:1
Qollar: Dioqo Kardozu 90+4 // Peter Kings 29
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu
"İmişli": 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 20. Nazim Hüseynov 29. Edvin Banquera (k)
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 33. Andrey Sinenka 90. Riad Abbaszadə 47. Orxan Fərəcov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 79. Dioqo Kardozu 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 33. Eltun Turabov (k) 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 8. Peter Kings
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 19. Tompson Qavi 10. Samuel Durrant
Baş məşqçi: Füzuli Məmmədov

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Emin Mahmudov ("Neftçi") - 11 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 10 qol
Karima Rossi ("Şamaxı") - 10 qol

