Paytaxt klubu liderinə də qapını göstərdi

30 May 19:00 Premyerliqa 2 481
Paytaxt klubu liderinə də qapını göstərdi

"Şəfa"da növbəti ayrılıq yaşanıb.

Birinci Liqanın son çempionu bu dəfə Emin Zamanovla yolları ayırıb.

28 yaşlı yarımmüdafiəçi son iki mövsümü Bakı klubunda olub.

Paytaxt təmsilçisinin həm İkinci Liqada, həm də Birinci Liqada çempion olmasında Zamanovun böyük xidmətləri var idi.

Amma təcrübəli futbolçu Premyer Liqa planlarına daxil edilməyib.

Zamanov "İnter"in (indiki "Şamaxı") yetirməsidir. Daha əvvəl "Turan Tovuz", "Kəpəz" , "Neftçi", "Səbail" və "Şamaxı"da forma geyinib.

U-17 (3 oyun) və U-19 (15 görüş) millilərində çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə