Premyer Liqa klubları son həftədə “dolub-daşdı”

28 May 03:50 Premyerliqa 638
Premyer Liqa klubları son həftədə “dolub-daşdı”

Misli Premyer Liqasında sonuncu – 33-cü tur mövsümün ən məhsuldar 3-cü turu kimi yadda qalıb.

Sportinfo.az xəbər verir ki, baş tutan 6 oyunda qapılara ümumilikdə 22 qol vurulub.

Daha əvvəl 10-cu turda da eyni göstərici qeydə alınmışdı. 33-cü tur ən məhsuldar üçüncü göstəricinin təkrarlanması ilə diqqət çəkib.

Geridə qalan mövsümdə qol rekordu 8-ci turda yaşanıb. Belə ki, həmin vaxt qapılara 24 top vurulub. 26-cı tur isə 23 qolun qeydə alınması ilə yadda qalıb.

2025-26 mövsümündə ümumilikdə 513 qol vurulub. Bunun 3-ü texniki nəticə kimi qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular