Elita təmsilçiləri bu xəbərə sevinəcək - Böyük problem öz həllini tapır

13 İyun 17:00 Premyerliqa 1 426
Elita təmsilçiləri  bu xəbərə sevinəcək  - Böyük problem öz həllini tapır

Premyer Liqada əsas problemlərdən biri də bəzi stadionlarda işıqlandırma sisteminin olmamasıdır.

Belədə məcburiyyətdən həmin arenalarda qarşılaşmalar erkən saatlarda baş tutur.

Xüsusilə isti aylarda, süni örtüklü meydanlarda bu çox ciddi problemdir.

Belə idman qurğularından biri də Şamaxı şəhər stadionudur.

Amma digər elita təmsilçilərini sevindirəcək şad xəbər almışıq.

Bölgə klubu yeni mövsümün startına kimi işıq dirəkləri quraşdıracaq.

Bununla da isti aylarda qarşılaşmaları axşam saatlarında keçirmək problemi aradan qalxmış olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə