“Sumqayıt“ yeni, təəccüblə qarşılanan təşəbbüs irəli sürüb.
“Kimyaçılar“ın prezidenti Rida Rəfiyev Premyer Liqada mübarizə aparan klubları bir fikir ətrafında birləşdirib.
Onların istəyi ilə UEFA-ya və CAS-a (İdman Abıtraj Məhkəməsi) müraciət olunub.
Müraciət “Turan Tovuz”un 2026/27 mövsümü avrokuboklardan uzaqlaşdırılması barədə UEFA-nın verdiyi qərarla bağlı bağlıdır.
Tovuz klubunun CAS-a şikayətinə dəstək məqsədilə ünvanlanan müraciəti hətta onları avrokuboklarda əvəzləməyə ən real namizəd sayılan “Zirə” də daxil olmaqla, Misli Premyer Liqasında yarışan 11 klub (“Turan Tovuz” xaric) imzalayıb.
Məktubda “Turan Tovuz”un Azərbaycan futbolunun inkişafında rolu, son illər görülən işlər və daha öncə baş verən hadisələrin əvvəlki rəhbərliyin dövründə olduğu bildirilib.
CAS-da “Turan Tovuz”un şikayətinə iyunun 15-dək baxılması gözlənilir.
AFFA UEFA-nın “Turan Tovuz”u 2026-27 mövsümü avrokuboklardan kənarlaşdırması ilə bağlı açıqlama yayıb. Açıqlamada vurğulanıb:
“UEFA tərəfindən AFFA-nın İntizam Komitəsinin “Turan Tovuz”un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilmişdi.
UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib”.
UEFA-nın saytında yayımlanan qərarda isə bildirilib:
"2 iyun 2026-cı il tarixində UEFA Apelyasiya Orqanının sədri aşağıdakı qərarı qəbul edib:
2026/2027 UEFA Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə PFK Turan Tovuz 2026/2027 UEFA Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib".
SPORTİNFO.AZ

