"Neftçi" və "Araz-Naxçıvan" mövsümü qələbə ilə başa vurdu

23 May 20:58 Premyerliqa 964
"Neftçi" və "Araz-Naxçıvan" mövsümü qələbə ilə başa vurdu

Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turu davam edir.

Sportinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşıb. Klubların müraciəti, oyunun nəticəsinin turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi səbəbindən

Gəncə klubu rəqibini Sumqayıtda qəbul edib. Matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu matçın nəticəsindən asılı olmayaraq “Neftçi” mövsümü 4-cü, “Kəpəz” isə 10-cu pillədə başa vuracaq.

Cari mövsüm bu komandaların hər iki oyununda paytaxt klubu qələbə qazanıb. “Ağ-qaralar” rəqibini əvvəlcə 5:1, daha sonra isə 3:1 hesabı ilə məğlub edib.

Günün ikinci matçı da Sumqayıtda keçirilib. “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkib. Qarşılaşmadan Naxçıvan təmsilçisi 3:2 hesablı qələbə ilə üstün ayrılıb.

Bu komandaların cari mövsümdəki görüşlərindən ilki heç-heçə (1:1), ikincisi isə “Zirə”nin qələbəsi ilə (1:0) başa çatıb.

Bu görüşün nəticəsi də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib. “Zirə” mövsümü 5-ci, “Araz-Naxçıvan” isə 6-cı pillədə tamamlayacaq.

15:00. "Kəpəz" – "Neftçi" 0:1

Qollar: Freddi Varqas 52

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Kəpəz”: 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 88. Şakir Seyidov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 29. Dioqo Verdaska (k) 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 57. Amur Yusifov 30. Ruslan Quliyev 83. Raul İsaqov 12. Mahamadu Ba

Baş məşqçi: Azər Bağırov

“Neftçi” 1. Emil Balayev (k) 4. Elvin Camalov 17. Murad Xaçayev 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Ehtiyat oyunçular: 13. Kenan Piriç 95. Eldar Babayev 8. Emin Mahmudov 15. Elvin Bədəlov 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 24. Mustafa Sek 70. Andrey Ştoqrin 11. İmad Faraj

Baş məşqçi: Yuri Vernidub

19:00. "Araz-Naxçıvan" – "Zirə" 3:2

Qollar: Patrik Andrade 14, Felipe Santos,30, Ramon Maçado 73 //- Ruan Renato 69, Junior Martins 82

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam M.əmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
“SOCAR Polymer Arena”

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 34. Urfan Abbasov (k) 4. Rahil Məmmədov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko 19. Bar Kohen

Ehtiyat oyunçular: 12. Kristian Avram 8. Coşqun Diniyev 86. İbrahim Piriyev 33. Elmir Cəfərov 16. Ramon Maçado 70. Şarl Boli

Baş məşqçi: Andrey Demçenko

“Zirə”: 13. Aydın Bayramov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 4. Ruan Renato (k) 9. Davit Volkov 93. Brahim Konate 5. Ange Mutsinzi 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 32. Qismət Alıyev 19. Rüfət Abdullazadə 26. Stefan Aka 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 11. Junior Martins 17. Ayron Qomis 22. Eren Aydın

Baş məşqçi: Rəşad Sadıqov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti