"Şamaxı"dan ayrılan Arsen Ağcabəyovun yeni klubu məlum olub.
"Şirlər"in sabiq kapitanı debütantla anlaşıb.
Mərkəz müdafiəçisi yeni mövsümü "Şəfa"da keçirəcək.
Tərəflər bütün detallarda razılıq əldə edib.
Ağcabəyov Bakı klubunda daha çox qazanacaq. Onunla iki illik anlaşma imzalanıb.
Arsen başa çatan mövsüm 31 oyunda forma geyinib və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
25 yaşlı futbolçu "Qəbələ"nin yetirməsidir.
O, daha əvvəl "Sabah", "Səbail", "Sumqayıt" və "İrəvan"ın da formasını geyinib.
XANOĞLAN / SPORTİNFO.AZ

