"Qarabağ" Sumqayıt səfərində CANLI YAYIM

19:30 Premyerliqa 749
"Qarabağ" Sumqayıt səfərində CANLI YAYIM

"Qarabağ" və "Sabah" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyunlarını bu gün keçirəcəklər.

ilk olaraq ölkə çempionu "Sabah" "Turan Tovuz"la qarşılaşacaq.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:00-da start götürəcək. Masazır təmsilçisi 75 xalla birinci, bölgə klubu 59 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da başlayacaq. "Köhlən atlar" 66 xalla ikinci, "kimyaçılar" 41 xalla yeddincidir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.

17:00. "Turan Tovuz "– "Sabah" 1:2

Qollar: Ayxan Hüseynov, 86 / Aron Maluda, 15, Xəyal Əliyev, 64
Hakimlər: Rauf Cabarov, Rəhman İmami,
Orxan İbişov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Bank Respublika Arena”

"Turan Tovuz": 41. Sergey Samok 4. Şəhriyar Əliyev (k) 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 14. Murad Dadaşev 99. Vadji İbrahima 32. Hayderson Hurtado 8. David Tavareş 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev 29. Filip Ozobiç 97. Elçin Qasımov 73. Ülvi Mədətov 20. İbrahim Ramazanov 42. İsmayıl İsmayılov 60. Vüqar Bağırov 47. Pərvin Rəşidov 75. Əli Kiçibəyov 9. Coş Cinnelli
Baş məşqçi: Kurban Berdıyev

"Sabah": 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev (k) 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 3. Stiv Solvet 13. İvan Lepiniça 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda
Ehtiyat oyunçular: 92. Stas Pokatilov 55. Nicat Mehbalıyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 80. Akim Zedadka 11. Kahim Parris 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas

19:30. "Sumqayıt" – "Qarabağ" 0:0

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 95. Nsana Simon

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 10. Nikola Ninkoviç 11. Aleksa Yankoviç

Baş məşqçi: Saşa İliç

“Qarabağ”: 89. Amin Ramazanov 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 80. Bəhruz Qurbanlı 32. Hikmət Cəbrayılzadə 82. Məhəmməd İmaməliyev 8. Marko Yankoviç 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 66. Hacı İbrahim 76. Nicat Xasıyev 74. Səbuhi Niftiyev 47. Mehdi Mütəllimli

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti