Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək pley-off matçının yeri məlum olub.
Qarşılaşma Sumqayıt şəhərində keçiriləcək.
Amma maraqlı məqam odur ki, 9500 nəfər tutumu olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu yox, 1300 nəfər tutumu olan "SOCAR POLMYER Arena"ya üstünlük verilib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ümumiyyətlə variantlar arasında yer almayıb.
Reqlamentə əsasən, 1-ci liqada 2-ci yeri tutan "Mingəçevir" Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.
Matç mayın 28-də keçiriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

