Premyer Liqada yeni baş məşqçi, 3 illik müqavilə - FOTOLAR

5 İyun 19:20 Premyerliqa 1 116
Premyer Liqada yeni baş məşqçi, 3 illik müqavilə - FOTOLAR

“Şəfa”nın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bu vəzifəyə Zaur Həşimov təyin olunub. Danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və 3 illik müqavilə imzalanıb.

Zaur Həşimov “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda "Zirə" klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.

O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə