“Bu qərar daha çox "Qarabağ" və "Neftçi"yə aiddir”

8 İyun 2022 14:40 Premyerliqa 1 031
“Bu qərar daha çox "Qarabağ" və "Neftçi"yə aiddir”

"Əvəzetmə sayının 5-ə qaldırılması yaxşı qərardır və bu, həm də milli üzvlərinin daha çox oynamasına hesablanıb”.

Bu açıqlamanı Sportinfo.az-a menecer Bəxtiyar Musayev verib.

Yaığmanın sabiq yarımmüdafiəçisi nöbvəti mövsümdən etibarən Premyer Liqada əvəzetmə sayının 3-dən 5-ə qaldırılmasını müsbət dəyərləndirib:

“Çünki əksər klublarımızda heç də çoxlu legioner olmayacaq. Üç əvəzetmədən sonra yəqin ki, digər meydana çıxan futbolçular gənclər olacaq.

Bu, daha çox "Qarabağ" və "Neftçi"yə aiddir. Adıçəkilən komandalar, adətən, ilk hissədən sonra qələbəni təmin edir.

Əvəzetmə sayı 3 olanda, gənclərə şans verilməsi o qədər də alınmırdı. Say 5 olandan sonra bunu etmək asanlaşacaq.

Beş əvəzetmədən ikisinin mütləq yerli statuslu futbolçulara aid edilməsinin də buna hesablandığını düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi