Kapitan, vitse-kapitan və əsas heyət üzvü... – Azərbaycan klubu pis vəziyyətə düşdü

27 Noyabr 2021 15:00 Premyerliqa 935
Kapitan, vitse-kapitan və əsas heyət üzvü... – Azərbaycan klubu pis vəziyyətə düşdü

Azərbaycan Premyer Liqasının 12-ci turu yenə 3 günü əhatə edəcək.

Bu həftəsonu beş futbolçu və bir baş məşqçi üçün xoşagəlməz olacaq.

Söhbət sarı və qırmızı vərəqələr ucbatından meydana çıxmaqdan, texniki zonada dayanmaqdan məhrum olanlardan gedir.

Bu mənada əsas zərbə “Sumqayıt”ə dəyib. “Kimyaçılar” “Zirə” ilə vacib qarşılaşmada birdən-birə 3 futbolçunun xidmətindən yararlana bilməyəcək.

Belə ki, əsas kapitan Vurğun Hüseynov, vitse-kapitan Vüqar Mustafayev, həmçinin, əsas heyətin dəyişməz üzvü Murad Xaçayev sabah oynamayacaq.

Cəzası davam edən Aftandil Hacıyev “Neftçi” ilə qarşılaşmanı tribunadan izləyəcək. Həmçinin, futbolçusu Nikolas Raysel də baş məşqçisinin yanında əyləşməyə məhkumdur.

“Neftçi”dən Xəyal Nəcəfov cəzalı duruma düşüb.

HƏBİB / Sportinio,az

Digər Xəbərlər
Xəbər Lenti