"Neftçi" layiq olmadığı qələbəni qazandı, "Zirə" isə 1 xal əldə etdi - Yenilənib

20 Fevral 2021 19:55 Premyerliqa 1 918
"Neftçi" layiq olmadığı qələbəni qazandı, "Zirə" isə 1 xal əldə etdi - Yenilənib

Azərbaycan Premyer Liqasında XXVI tura bu gün yekun vurulub.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə hər iki matç Bakıda baş tutub.

İlk olaraq “Keşlə” ilə “Zirə” münasibətlərinə aydınlıq gətirib. Bir gün əvvəl “Qarabağ”la “Sumqayıt”ın bərabərə qalması “Zirə”yə birincilərə yaxınlaşmaq, ikincilərdən isə uzaqlaşmaq şansı yaratmışdı.

Qonaqlar hesabı açmasına baxmayaraq, üstünlüyü qoruya bilməyib. Hətta fasiləyə qədər hesabda geri düşüb.

Zirəlilər sona yarım saat qalmış meydanda azlıqda qalsa da, məğlubiyyətdən qurtulmağı bacarıb. "Keşlə" qələbəni əldən versə də, sonuncu pillədən qurtularaq "Sabah"ı yenidən "zirzəmi"yə göndərib.

Tura “Bakcell Arena”dakı qarşılaşma ilə yekun vurulub. Keçən turda qələbə qazanan iki komanda – “Neftçi” ilə “Qəbələ” üz-üzə gəlib.

Bir həftə əvvəl “Qarabağ”ı məğlub edən flaqman uğurlu çıxışı davam etdirib. Emin Mahmudovun son saniyələrdə vurduğu qolla qələbə qazanan “ağ-qaralar” “Qarabağ”la xal fərqini 3-ə yüksəldib.

Azərbaycan Premyer Liqası

XVI 20 fevral (şənbə)

16:00 "Keşlə" - "Zirə" 2-2

Qollar: Nicat Qurbanov, 19, Sadio Tonkara, 21 - Klesio Bauk, 17, David Volkov, 73.

Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov

Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriges, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov Baş məşqçi: Sənan Qurbanov

Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 26. Nemanya Andelkoviç, 77. Cəlal Hüseynov

Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 6. Ayxan Süleymanlı Baş məşqçi: Rəşad Sadıqov “ASK Arena”

18:00. “Neftçi” –“ Qəbələ" 1-0

Qol: Emin Mahmudov, 90+5

“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 20. Mert Çelik

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 10. Saman Nərimancahan, 29. Sabir Buqrin, 9. Ahmed Ahmedov, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov

“Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov “Bakcell Arena”

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"