COP29

Pulu gecikdirən AFFA Premyer Liqa klublarından 1 gün vaxt istədi

19 Sentyabr 15:00 Premyerliqa 1 627
Pulu gecikdirən AFFA Premyer Liqa klublarından 1 gün vaxt istədi

Premyer Liqada yeni mövsümün startından ayyarımdan çox vaxt keçib.

Avqustun 2-də çempionat başlayıb və artıq 6 tur oynanılıb.

AFFA isə elita klubları qarşısında götürdüyü öhdəliyi hələ də yerinə yetirməyib. Onlara ayrılan aylıq dotasiyanın ünvanına çatdırılmasında gecikmə var.

Liqa mənsubları yaranmış vəziyyətdən narahatdır. Bununla bağlı federasiyanın özünə də çoxsaylı şikayətlər daxil olub.

Çünki iştirakçıların əksəriyyəti maddi cəhətdən qurumdan asılıdır və ödəmələrdə yubanmalar uzandıqca, futbolçuların narazılığı da yer-yerdən eşidilməkdədir.

AFFA son olaraq sabahadək klublardan vaxt istəyib. Bildirilib ki, sentyabrın 20-də, günorta saatlarından sonra yardım paketi hesablara yatırılacaq.

Bu, yeni problem deyil. Rövnəq Abdullayevin prezident postunu tutduğu müddətdə başlayan gecikmə Rövşən Nəcəfin gəlişindən sonra da dayanmayıb.

Aprelin 2-də federasiyanın başına keçən Nəcəf mənfi tendensiyanın qarşısını almaq üçün faktiki heç bir iş görməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti