"Neftçi"nin baş məşqçisi: "Şübhə altındayam, nələr çəkdiyimizi bir Allah bilir!"

3 Dekabr 2020 13:00 Neftçi 1 108
"Neftçi"nin baş məşqçisi: "Şübhə altındayam, nələr çəkdiyimizi bir Allah bilir!"

"Özümdə heç bir əlamət yoxdur. Bir qədər halsızlığım vardı.

Onu da son günlərin yorğunçuluğu, yuxusuzluğu ilə bağlı olduğunu düşünürdüm.

Məndə hələ pozitiv çıxmayıb. Sadəcə, şübhə altındayam. Bu gün təkrar test götürüləcək"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Abasov yalnız oyundan 2 gün əvvəl yox, həm də həftənin əvvəli test vermələrini özü istədiyini bildirib: "Bazaya gələndə özüm tapşırıq verdim ki, bütün komanda testdən keçsin.

Həftəsonuna saxlamayaq və indidən məlumatımız olsun. Gündə bir şey eşidirik. Oyunqabağı test pozitiv çıxanda, nələr çəkdiyimizi bir Allah bilir! Çünki bununla hər şey puç olur.

Oyuna 2 gün qalmış test verilməsi məcburidir. Oyuna bir gün qalmış cavablar gəlir. Baxırsan ki, 2-3 nəfər yoxdur. Qalırsan ki, necə edim. Həftəboyu oyuna hazırlaşmısan. Qalırsan pis vəziyyətdə. Həftə boyu etdiyin hazırlıq heç olur".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"