"Neftçi"də 2 qol vuran: "Mən kobud səhvlər etdim, dayanmaq istəmirdim"

23 Noyabr 2020 00:00 Neftçi 545
"Neftçi"də 2 qol vuran: "Mən kobud səhvlər etdim, dayanmaq istəmirdim"

"Əslində, oyun haqda təəssüratlarım birmənalı deyil. Çünki böyük hesabla qalib gəlsək də, səhvlərimiz çox oldu”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Anton Krivotsyuk deyib.

Milliləşdirilmiş müdafiəçi Azərbaycan Premyer Liqasının X turu çərçivəsində “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Rəqib qapısından iki top keçirən gənc futbolçu təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb: “Xüsusilə mən kobud səhvlər etdim. Bununla belə, dubla imza atdım. Dayanmaq istəmirdim, üçüncü qolu da vurmağa çalışırdım”.

Krivotsyukun yeni baş məşqçi Samir Abasovla bağlı suala cavabı belə olub: "Bu məşqçini çoxdan tanıyıram. Əvvəllər onunla işləmişəm.

Ümid edirəm, öz futbol fəlsəfəsini bizim oyuna gətirəcək. Onunla işləmək çox yaxşı və rahatdır. Hələ ən yaxşı oyunumuzu göstərmirik. Zaman keçdikcə buna nail olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti