"Neftçi"nin hücumçusu koronavirusa yoluxdu

22 Noyabr 2020 16:40 Neftçi 533
"Neftçi"nin hücumçusu koronavirusa yoluxdu

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bunu “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” ilə keçirilən oyundan sonra deyib. Komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçdan sonra çalışdırıcı Azərbaycan millisinin düşərgəsindən qayıdan Abbasovun testinin pozitiv çıxdığını açıqlayıb.

Məhz bu üzdən 25 yaşlı forvard bugünkü qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, yığmadan qayıdan "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli, həmçinin klubun digər yarımmüdafiəçisi Rəhman Hacıyev də koronavirusa yoluxub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”