"Neftçi"yə bir neçə tanınmış əcnəbi baş məşqçi təklif olundu

21 Noyabr 2020 20:20 Neftçi 1 351
"Neftçi"yə bir neçə tanınmış əcnəbi baş məşqçi təklif olundu

"Bizə xaricdən xeyli baş məşqçi təklif olunmuşdu. Onların arasında böyük adlar da var idi. Təklif alacaqlarından özləri də xəbərdar idilər".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasına açıqlamasında deyib.

Füzuli Məmmədovu baş məşqçi postunda Samir Abasov əvəzləyib.

Quliyev bildirib ki, Füzuli Məmmədovun baş məşqçi postunu tərk etməsindən sonra həmin post üçün əcnəbi mütəxəssislərin də namizədlikləri nəzərdən keçirilib.

Lakin o, konkret adları açıqlamayıb: "Bizdə belə bir fikir yaranıb ki, hər futbolçu gəlib Azərbaycanda oynamaz, hər baş məşqçi gəlib Azərbaycanda çalışmaz.

Bunun haqlı tərəfləri də var. Amma tanınmış adlar var idi. Onların adlarını açıqlaya bilmərəm. Çünki iş alınmadısa, adlarını hallandırmaq düzgün olmaz.

Hər halda, "Neftçi"nin adını eşidəndə ikiəlli razılaşanlar, "gələ bilərəm" deyənlər olub. Lakin hesab etdik ki, indiki dövrdə bu işi maksimal dərəcədə dülgər dəqiqliyi ilə görməliyik".

Digər Xəbərlər
Xəbər Lenti