
«Neftçi»nin hücumçusu Prins İbaranın Azərbaycana qayıdış planı dəyişib.
Sportinfo.az-ın məlumatına görə, Portuqaliyada koronavirusa yoluxan forvard hələ də ikinti testdən keçməyib.
Konqo millisinin düşərgəsində xəstəlik tapan futbolçu bunun üçün daha 2 gün gözləməlidir. Yalnız bundan sonra onun nə vaxt «ağ-qaralar»a qoşulacağı bilinəcək.
Təbii ki, onda da testin cavabı neqativ çıxarsa.
Hələlik isə o, karantin altındadır. Və bu gedişlə, «neftçi» İbaranın xidmətindən qarşıdakı 2-3 həftədə yararlana bilməyəcək.