"Neftçi" ilə anlaşıb, görün, nə dedi, nələri etiraf etdi!

1 İyun 2020 22:40 Neftçi 993
"Neftçi" ilə anlaşıb, görün, nə dedi, nələri etiraf etdi!

“Neftçi”nin futbolçusu Anton Krivotsyuka klubun saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı müdafiəçi müqavilə müddətinin artırılması və gələcək planları barədə danışıb.

- "Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir?

- Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.

- Ümumiyyətlə, "Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?

- Çox vacib rol oynayıb. Dediyim kimi, "Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır.

- Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?

- Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.

- Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?

- Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.

- Futbol üçün çox darıxmısız?

- Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.

Digər Xəbərlər
Xəbər Lenti