“Neftçi”nin çempionluq üçün oynadığını bilirəm"

21 Mart 2020 10:52 Neftçi 586
“Neftçi”nin çempionluq üçün oynadığını bilirəm"

“Digər ölkələr kimi, Azərbaycan çempionatının da təxirə salındığını bilirəm. Çünki ara-sıra oyunları izləyirdim, nəticələrlə tanış olurdum”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Rizəspor”un futbolçusu Dario Melnyak deyib.

Ölkəmizdə “Neftçi”nin formasını geyinmiş xorvatiyalı müdafiəçi Bakı klubunun çıxışını hələ də diqqətdə saxladığını söyləyib. 28 yaşlı oyunçu koronavirus pandemiyası ilə bağlı yaranmış fasilədən sonra “Neftçi”nin yenidən çempionluq uğrunda mübarizə aparacağına inanır:

“Neftçi”nin çempionluq üçün oynadığını bilirəm. Əminəm ki, çempionat bərpa olunduqdan “Neftçi” bu yolda mübarizəsini davam etdirəcək”.

O, 2016-17 mövsümünün ilk yarısını “Neftçi”də keçirib. Melnyak Türkiyə Super Liqasının təxirə salınmamasına və oyunların boş tribunalar önündə keçirilməsinə də münasibət bildirib:

“Ötən matçda qələbə qazansaydıq, vəziyyət daha yaxşı ola bilərdi. Türkiyədə oyunlar hələ də davam edir. Hər gün yeni xəbərlər çıxır. Amma biz oyunlara davam edirik. Koronavirus təhlükəsi hər yerdə var. Bu üzdən görüşləri azarkeşsiz keçiririk”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi