Qurbanov Məmmədovla görüşü haqda "detalları açıqlaya bilmərəm" dedi

12 Mart 2020 10:38 Neftçi 901
Qurbanov Məmmədovla görüşü haqda "detalları açıqlaya bilmərəm" dedi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun "Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanovla görüşməsi barədə xəbər vermişdik.

Gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında federasiya rəhbəri ilə bir araya gəlməsini təsdiqləyib:

"Bəli, görüşdüyümüz doğrudur. Elxan Məmmədovla söhbətimiz onun iş otağında baş tutub. Futbolla bağlı səmimi söhbətlər etdik. Başqa detalları açıqlaya bilmərəm".

"Başqa detallara millidə işləmək daxildirmi" sualını isə Mahmudov cavabsız qoyub: "Mən hazırda "Neftçi-2"nin baş məşqçisiyəm. Hələ ki, bütün fikirlərim ordadır. Milli haqqında danışmaq istəmirəm".

Digər Xəbərlər
Xəbər Lenti