"Neftçi"nin baş məşqçisi "Qarabağ"ı qıcıqlandırdı

7 Mart 2020 20:15 Neftçi 1 954
"Neftçi"nin baş məşqçisi "Qarabağ"ı qıcıqlandırdı

"Çətin oyun olacağını gözləyirdik. Hesab heç də asan matçdan xəbər vermir".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la keçirilən oyundan sonra deyib.

Gənc mütəxəssis qarşılaşmadan "CBC Sport"a açıqlamasında komandasının 4:0 hesablı qələbəsini dəyərləndirib: "Bu nəticə o demək deyil ki, "Sabah" zəifdir.

Onların keyfiyyətli oyunçuları var. Sadəcə, çox ciddi hazırlaşmışdıq. Ötən turda qələbə qazana bilməsək də, yaxşı çıxış etmişdik. Bu dəfə də həftəboyu gərgin hazırlaşdıq və bunun bəhrəsini gördük".

"Neftçi" ikinci pillədəki mövqelərini gücləndirsə də, Məmmədov bununla kifayətlənməyəcəklərini söyləyib: "İkinci yeri düşünmürük. Sona qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti