Elxan Məmmədov “Neftçi” ilə bağlı əmr verdi

2 Mart 2020 11:48 Neftçi 1 762
Elxan Məmmədov “Neftçi” ilə bağlı əmr verdi

Ola bilsin ki, kimlərsə “Neftçi”nin “Səbail”lə qarşılaşmada xal itirməsinə təəccübləndi.

Burda təəccüblü nə var ki...

Əksinə, “Neftçi” məğlub olmalı idi. Böyük ehtimalla, qarşıdakı turlarda “ağ-qaralar”ın elə məğlubiyyətləri olacaq ki, gözləriniz kəllənizə çıxacaq.

Nöşün? Deyim də. “Neftçi”i kimin nəzarətindədir? AFFA-nın. Yəni Rövnəq Abdullayevlə Elxan Məmmədovun (bu adları bir-birindən ayırmaq günahdır). Bəs “Neftçi”ni kim yatırtmışdı? İtalyan mütəxəssis.

Deyilənlərə görə, AFFA yığmaya, ildə 2-3 milyon avro məvacib alacaq italyan mütəxəssis axtarır. Bəs italyanın yatırtdığı komandanı kim oyatdı? Hansısa azərbaycanlı mütəxəssis. Lənət şeytana, axı ictimaiyyət də deyir ki, yığma komandanı yerli baş məşqçi çalışdırmalıdır.

Bu, təzaddır axı. Yığmada əcnəbilər heç nə edə bilmirlər, AFFA rəhbərliyi də “yerlilər təcrübəsizidir” deyir. Amma “təcrübəsiz” yerli “təcrübəli” italyanın yatırdığı komandanı oyadır. Yox, olmaz belə. Belə gediş planlara daxil deyil.

Onsuz da bir yerli məşqçini daim AFFA rəhbərliyinin gözünə soxurlar. Futbolun olmadığı ölkədə hansısa yerli məşqçi çalışdırıdğı klubu 6 il dalbadal avrokubokların qrupuna daşıyır. Kimə lazımdır bu? Xalqa, futbolun inkişafına? Nə xalq, nə inkişaf?

Burda Rövnəq Abdullayevin, Elxan Məmmədovun maraqlarına zərbə dəyir axı. İndi bu tərəfdən də “Neftçi”də bir yerli peyda olsun, italyanın bacarmadığını etsin?

Yox, atam balası, belə olmaz. Bəs onda Elxan Məmmədovun kadrları nə işlə məşğuldurlar, papağı günə verirlər? Şefin maraqları tapdalanırsa, gözlərindən gələr yedikləri çörək.

Elə ona görə də, “Neftçi”də Füzuli Məmmədovun işinin bundan sonra yaxşı olacağına təminat vermirik. Nöşün ki, komandaya rəhbərlik edənlər elə Elxan Məmmədovun kadrlarıdır. Elxan Məmmədov isə “Neftçi”nin yerli mütəxəssisin rəhbərliyi altında oyanmasından bərk narahat ola bilər.

Narahat olarsa, bir də görərsiniz ki, belə əmr verdi: “Yerli mütəxəssis niyə belə edir, niyə uğur qazanır? Bizə əcnəbi lazımdır”. Vəssalam. Qalanı Kamran Quliyevin boynuna. İşi elə düzüb-qoşar ki, “Neftçi”də ara qarışar məzhəb də itər. komanda biabırçı məğlubiyyətlərə uğrayır.

Və əlvida, Füzulu Məmmədov! Xoş gəldin, italyan, alman, həbəş! Gözdə-qulaqda olun, yaxın vaxtda belə bir xəbər eşidərsiniz: “Elxan Məmmədov “Neftçi” ilə bağlı göstəriş verdi”.

P.S. Deyilənlərə görə, Elxan Məmmədov klublarda jurnalistlərin işləməsindən utandığını deyib. Onun fikrincə, jurnalistlər klub idarə edə bilməzlər.

Ay lotu, futboldan qandığı qrafa olmayan Elxan Məmmədov AFFA-nı idarə edirsə, onda azərbaycanlı jurnalistlər ABŞ-ı da idarə edərlər.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti