"Neftçi"nin 5 futbolçusu baş məşqçini "sındırdı" - FOTO

18 Fevral 2020 16:54 Neftçi 1 818
"Neftçi"nin 5 futbolçusu baş məşqçini "sındırdı" - FOTO

«Neftçi» uğursuz oyunlar seriyasına «Keşlə» matçda son qoydu.

Premyer Liqanın üçüncü dövrəsinin ilk 2 turunda qələbəyə həsrət qalan «ağ-qaralar» derbidə istəyinə 3:1-lə çatdı.

Qızıl medallar uğrunda mübarizədə «Qarabağ»dan 8 xal geridə olan «Neftçi»də vəziyyətin tədricən qaydasına düşdüyü görünür.

Təəssüf ki, bu, yalnız ilk baxışdan belədir. Düşərgəyə içəri keçəndə isə hər şeyin Füzuli Məmmədovun ürəyincə olmadığını bilmək mümkündür.

Yeni baş məşqçinin əksər futbolçularla dil tapmaqda çətinlik çəkməsi bəllidir. Komandanın aparıcı simaları isə ümumiyyətlə, gənc mütəxəssisi saymır.

Konkret olaraq, 5 oyunçu Məmmədovu ciddiyə almır. Baqali Dabo, Emin Mahmudov, Səlahət Ağayev, Anton Krivotsyuk və Vojislav Stankoviç derbidən sonra çalışdırıcını pərt edib.

Onlar baş məşqçinin azarkeşlərlə sağollaşmaq üçün tribunaya yaxınlaşmaq tələbini yerinə yetirməyib. Adları çəkilən futbolçular tapşırığa məhəl qoymayaraq, birbaşa paltardəyişmə otağının yolunu tutub.

Məmmədov komanda üzvləriylə söhbətində bu məsələyə toxunub. Di gəl, yenə ona qulaq asan olmayıb. Özlərini elə aparıblar ki, sanki otaqda milçək vızıldayır, heç veclərinə də deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti