"Neftçi”yə məşqçini indi də "makler” gətirir - FOTO

23 Yanvar 2020 10:38 Neftçi 1 599
"Neftçi”yə məşqçini indi də "makler” gətirir - FOTO

Dünən "Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

2013-2015-ci illərdə "Bakı”da işləmiş Mario Fernandes Kastelyano Madrid "Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B” komandasında (2010-2012), eləcə də İspaniyanın "Xetafe” "B” (2015-2016) və Çinin "Dalian Yifanq” (2016-2018) klublarında çalışıb.

Sportinfo.az UEFA-nın PRO kateqoriyasına malik məşqçinin "Neftçi"yə təyinatının necə baş tutmasıyla bağlı maraqlı məlumat əldə edib.

Belə ki, onun Vüqar Əliyevin təqdimatı əsasında Füzuli Məmmədovun köməkçisi təyin edilməsi redaksiyamıza məlum olub.

Paytaxt klubunda tərcüməçi işləyən və ictimaiyyət arasında daha çox "Makler Vüqar" kimi tanınan Əliyev Kastelyanonu Kastelyano "Bakı"dan münasibət qurub. Sözügedən cütlük həmin vaxt Milinko Pantiçin korpusunda yer alıb.

İlk dəfə məhz Pantiçin dəvətiylə Azərbaycana gələn mütəxəssis onun gedişindən bir müddət sonra da buradakı fəaliyyətini davam etdirib və indi əsas işiylə yanaşı, Bakıda evlərin kirayə götürülməsim biznesinə girişən "Makler Vüqar"ın vasitəsilə "Neftç"yə yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda