“Neftçi”nin meneceri elədiyi hərəkətə peşman oldu və…

4 Dekabr 2019 21:40 Neftçi 1 053
“Neftçi”nin meneceri elədiyi hərəkətə peşman oldu və…

Məlum olduğu kimi, bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Toplantıda Premyer Liqanın XIII turunda qeydə alınmış neqativ hallar müzakirə olunub.

“Səbail”- “Neftçi” görüşündə ev sahiblərinin kapitanı Eltun Yaqublu ilə qonaqların meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir.

Hadisə Qədir Həsənovun “Səbail”in futbolçusu Elçin Rəhimlini təhqir etməsinin üstündə qızışıb. “Neftçi”nin nümayəndəsi gənc yarımmüdafiəçinin ünvanına təhqiramiz ifadələr yağdırandan sonra Eltun Yaqublu söhbətə qarışıb.

Sportinfo.az-ın məlumatına görə, stadionda yaşanan olayın mübahisəsi başqa cür sakitləşdirilib. Belə ki, Həsənov görüşə dəvət olunub, o isə səhvini başqa cür düzəltməyə çalışıb.

“Neftçi”nin meneceri “Səbail”in futbolçularına bir-bir telefon açaraq, xətaya yol verdiyini anladığını etiraf edib və üzr istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!