Dabo və Monroz niyə heyətdə yoxdur?

1 Dekabr 2019 15:19 Neftçi 1 039
Dabo və Monroz niyə heyətdə yoxdur?

"Neftçi"nin hücumçuları Baqali Dabo və Stiven Monrozun Premyer Liqanın XIII turunda hazırda davam edən "Səbail"lə oyunda iştirak etməməsinin səbəbi məlum olub.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Sportinfo.az-a verdiyi məlumata görə, hər iki futbolçu zədəli olduğu üçün bugünkü görüşü buraxır:

"Dabo "Qəbələ" ilə oyundan öncə məşqdə zədələnmişdi. Onun oyunu buraxacağı dəqiq idi. Monrozun isə ayağında ağrıları olsa da, adı "Səbail"lə matçın 18-liyinə salınmışdı. Ancaq sonradan ağrıları artdığı üçün həkimlərin də məsləhəti ilə heyətdən çıxarıldı".

Digər Xəbərlər
Xəbər Lenti