Vernidubun Ukraynadakı tanışı "Neftçi"nin transfer siyahısındadır?

8 Yanvar 14:00 Neftçi 1 357
Vernidubun Ukraynadakı tanışı "Neftçi"nin transfer siyahısındadır?

“Rux”un futbolçusu Denis Pidqurski "Neftçi"ni n maraq dairəsində deyil.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə indiyədək heç bir səviyyədə danışıqlar aparılmayıb. Baş məşqçi Yuri Vernidub da onunla bağlı rəhbərliklə kəlmə kəsməyib.

Ukrayna mənbələrindən "İnside UPL" Telegram kanalının yaydığı məlumata görə, “Neftçi” yaxından maraqlanır.

Bildirilir ki, Bakı klubunun yeni baş məşqçisi Yuri Vernidub həmyerlisini hələ “Krivbas”da çalışdığı dövrdən tanıyır və onun xidmətlərində şəxsən maraqlıdır.

Qeyd edilir ki, onun “Rux”la müqaviləsi yayda başa çatır və “Neftçi” bu fürsətdən yararlanmağa çalışacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA