"Neftçi"nin gənc istedadından GÖZƏL QOL - VİDEO

5 Oktyabr 2022 03:10 Neftçi 567
"Neftçi"nin gənc istedadından GÖZƏL QOL - VİDEO

I Divizionda VI turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Qarabağ-2" öz meydanında "Neftçi-2"ni qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın minimalhesablı qələbəsiylə başa çatıb.

Yeganə qolu 27-ci dəqiqədə Vüsal Əsgərov vurub. Lorentsiu Regekampfın əsas komandada az şans verdiyi yarımmüdafiəçi gözəl qola imza atıb.

Xallarını 12-yə yüksəldən "Neftçi-2" turnir cədvəlinin 2-ci pilləsində qrarlaşıb. "Qarabağ-2" isə 7 xalla 10-cu yerdədir.

"Qarabağ-2" - "Neftçi-2" 0:1

Qol: Vüsal Əsgərov, 27

Digər Xəbərlər
Xəbər Lenti