“Neftçi” üçün bu qədər pul göydəndüşmədir – KONKRET MƏBLƏĞ

11 Avqust 2022 20:20 Neftçi 4 100
“Neftçi” üçün bu qədər pul göydəndüşmədir – KONKRET MƏBLƏĞ

Bu axşam “Allianz Arena”da “Rapid”in önünə çıxacaq “Neftçi” Avstriyaya pley-offda oynamaq arzusu ilə yollanıb.

Bakıda əldə olunan 2:1 hesablı qələbə bakılılar üçün üstünlük sayılsa da, rəqib doğma azarkeşləri önündə kifayət qədər inamlı təsir bağışlayır.

“Neftçi”nin vətənə sərfəli nəticə ilə qayıdıb qrup mərhələsinə bir addım da yaxınlaşması təkcə nüfuz və reytinq xallarıı yox, həm də maddi qazanc deməkdir.

Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Aris Limassol”u mübarizədən kənarlaşdıran “ağ-qaralar” UEFA-dan 350 min avro (611 min 800 manat) mükafat almışdı.

Üçüncü mərhələnin keçilməsinin dəyəri isə bir qədər artıqdır – 550 min avro (961 min 400 manat).

“Neftçi” bu axşam uduzmasa, 550 min avronu əldə edib, 750 min avroya (1 milyon 311 min manat) yaxınlaşacaq.

Pley-offu keçməyin “hədiyyə”si məhz bu qədərdir. Avropanın futbol qurumu qrup mərhələsinə vəsiqə qazanan hər komandaya əlavə 2 milyon 940 min avro (5 milyon 140 min manat) verir.

“Rapid” – “Neftçi” görüşü bu axşam Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti