"Neftçi" onu gətirməklə çox yaxşı seçim etmiş oldu"

26 İyun 2022 02:30 Neftçi 4 417
"Neftçi" onu gətirməklə çox yaxşı seçim etmiş oldu"

Azərbaycanda oynamış rumıniyalılardan olan Marius Pena sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, "Bakı"nın keçmiş forvardı həmyerlisi Laurentsiu Reqekampfın "Neftçi"yə baş məşqçi təyin olunmasını dəyərləndirib.

- Yəqin ki, Laurentsiu Reqekampfı tanıyırsan?

- Onunla birlikdə çalışmamışam. Amma təbii ki, tanıyıram. "Neftçi"yə baş məşqçi təyin olunmasından da xəbərdaram. "Neftçi"dən onunla bağlı fikrimi soruşmuşdular.

- "Neftçi"yə uğurlu nəticələr qazandıra biləcəyini düşünürsən?

- Fikrimcə, o, "Neftçi"yə uğurlu nəticələr qazandıracaq. Bilirəm ki, "Neftçi" hər zaman Azərbaycan çempionluğuna namizəddi. Futbolçular "Reqe"nin nə istədiyini bilsə, o zaman komandanın çox yaxşı nəticəsi olacaq. "Neftçi" onu gətirməklə çox yaxşı seçim etmiş olub.

- Onun hansı üstün və mənfi cəhətləri var?

- “Reqe” Rumıniya və ərəb ölkələrindəki diqqətəlayiq işi ilə tanınır. O, çox tələbkardı, intizamı sevir, futbolçulardan meydanda maksimumu verməsini tələb edir. Özü də komandanın taktiki və fiziki tərəfinə çox diqqətlə yanaşır.

- Uzun illərdir ki, “Qarabağ”ın Azərbaycanda hegemonluğu hökm sürür. Fikirləşirsən ki, o, bunun qarşısını alacaq?

- Məncə, çox yaxşı nəticələr alınacaq. Çünki o, iddialı məşqçidi. “Reqe” “Neftçi” üçün yaxşı seçimdi. O, mütləq komandaya titul qazandırmağa çalışacaq. Sözsüz ki, yeni mövsümdən “Qarabağ”la “Neftçi” arasında gərgin mübarizə gedəcək.

- Bir müddətdir ki, Azərbaycan klubları rumıniyalı futbolçulara ehtiyac duymur. Reqekampfın gəlişindən sonra rumıniyalı futbolçuların yenidən Azərbaycana axın edəcəyini düşünmək olar?

- Bəlkə də belə oldu. Bu barədə bir söz deyə bilmərəm. Ola bilər ki, Rumıniya futbolunun indiki səviyyəsi Azərbaycan klublarının rəhbərliyini maraqlandırmır. Ancaq şübhəsiz ki, Reqekampf "Neftçi"yə rumıniyalı oyunçular gətirərsə, onlar mütləq fərq yaradacaq, dəyərli oyunçular olacaq.

Digər Xəbərlər
Xəbər Lenti