“Neftçi”dən ayrıldı, Türkiyədə qələbələri sıralayır

25 İyun 2022 23:40 Neftçi 2 229
“Neftçi”dən ayrıldı, Türkiyədə qələbələri sıralayır

Türkiyənin Antalya şəhərində 10 yaşlı futbolçulardan ibarət komandalar arasında futbol turniri strart götürüb.

Turnirdə 97 komanda iştirak edir.

İştirakçı komandalar arasında ölkəmizi təmsil edən “Lamasıya Bakı” komandası da var.

Təmsilçimiz yarışda kifayət qədər uğurlu çıxış sərgiləməkdədir.

Belə ki, qrup mərhələsində baş tutan 4 görüşdən üçündə qələbə qazanan U10 kollektivi yalnız bir matçda məğlub olaraq 1/8 finala yüksələ bilib. Burada da uğurlu olan uşaqlarımız qələbə qazanmaqla 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Bu mərhələdə isə təmsilçimiz Türkiyənin və Avropanın ən yaxşı akademiyalarından biri sayılan Altınordu Futbol Akademiyasını 2-1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinal və final gğrüşləri isə sabah baş tutacaq.

Xüsusi diqqətə çatdırak ki, komandamızın baş məşqçisi ölkəmizdə kifayət qədər məşhur olan uşaq məşçisi Azər Cabbarovdur.

Ötən mövsüm “Neftçi” Futbol Akademiyasında işləmiş və məşqçisi olduğu U-10 komandasını Respublika Birinciliyindı finala çıxarsa da onunla yolları ayrılmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”