”Neftçi” və "Xəzər Lənkəran"da oynadı,ölkəsində tarixi rəmzi komandaya düşdü

17 May 2022 13:20 Neftçi 1 315
”Neftçi” və "Xəzər Lənkəran"da oynadı,ölkəsində tarixi rəmzi komandaya düşdü

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Syerra-Leone tarixinin rəmzi komandasını açıqlayıb.

Sportinfo.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, "11-liy"ə “Neftçi”nin və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Culius Vobay da düşüb.

Qeyd edək ki, 38 yaşlı keçmiş yarımmüdafiəçi 2011-ci ildə Lənkəran təmsilçisinin, 2012 - 2015-ci illərdə “Neftçi”nin formasını geyinib.

O, bir dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan Kubokunun qalibi olub və 2012-2013 mövsümündə "Neftçi"nin heyətində Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

Syerra-Leone tarixinin rəmzi komandası:

Qapıçı: Brima Atouqqa Kamara

Müdafiəçilər: Kevullay Kontex, Mohamed Kanu, Cibril Sankox, Jozef Tobi

Yarımmüdafiəçilər: İsmael Dufan, Mohamed Kamara, Con Qabasat Sesay, Julius Vobay

Hücumçular: Mohamed Kallon, Culius Vobay

Digər Xəbərlər
Xəbər Lenti