“Neftçi”nin futbolçusundan “Zirə”yə HƏDƏ MESAJI: “Bu formanı geyinən...”

15 May 2022 13:00 Neftçi 1 578
“Neftçi”nin futbolçusundan “Zirə”yə HƏDƏ MESAJI: “Bu formanı geyinən...”

“Qəbələ” ilə oyuna qələbə üçün çıxmışdıq. İkinciliyi təmin etməyimizə baxmayaraq, niyyətimiz qalib gəlmək idi.

Təəssüf ki, meydanı məğlub tərk etdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Azər Salahlı bildirib.

Qəbələdəki yenilgidən sonra Samir Abasovun dilinə gətirdikləri azarkeşlərin qəzəbinə səbəb oldu. “Zirə” ilə bugünkü qarşılaşmada fanatların baş məşqçini təzyiq altında saxlayacağı şübhə doğurmur.

Üstəlik, 3 xal zirəlilərə hava-su kimi lazımdır. Meydan sahibləri avrokuboklara vəsiqəni təmin etmək üçün oyundan qalibiyyətlə ayrılmağı düşünür.

Azər rəqibin nə düşünməsindən asılı olmayaraq, komandasının məqsədinin qalib gəlmək olduğunu gizlətməyib:

“Samir müəllim Qəbələdə səsləndirdiyi fikirlərə növbəti açıqlamasında aydınlıq gətirdi. Fikrimcə, ciddi problem qalmayıb.

“Zirə”ylə matça gəlincə, hər oyuna necə hazırlaşırıqsa, bu oyuna da o cür hazırlaşmışıq. Heç bir futbolçu məğlub olmaq istəmir.

Üstəgəl, sən “Neftçi” kimi komandanın futbolçususansa. Bu formanı geyinən futbolçunun məsuliyyəti ikiqa artır. Ona görə də məqsədimiz qələbə qazanmaqdır”.

Premyer Liqanın 27-ci turu çərçivəsində baş tutacaq “Zirə” – “Neftçi” qarşılaşması bu gün saat 17:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti