"Neftçi"nin baş məşqçisi azarkeşləri indi nədə qınayır?

14 May 2022 20:20 Neftçi 587
"Neftçi"nin baş məşqçisi azarkeşləri indi nədə qınayır?

"Azarkeşlərimiz bazaya gəlib, oturub söhbət etmişik, onların istəklərini dinləmişik”.

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

O, paytaxt klubuna təyinat alandan sonra heç bir görüşdən qaçmadığını bildirib:

“Mənə deyiblər ki, biz sizi, kiminlə mübarizə apardığımızı başa düşürük. Onlar da reallığı dərk edir.

İstəyirlər ki, komandamız, sadəcə, mübarizə aparsın, canını qoysun, loqoya görə oynasın. Bundan sonra hansısa azarkeşin"istefa" qışqırması, təzyiq etməsi məni də çaşdırır.

Burada mövqesizlik görürəm. Yəni, nə danışmışıq, nə tələb edirlər. Sırf həmin insanları nəzərdə tuturdum".

Digər Xəbərlər
Xəbər Lenti