“Neftçi” məhrum oldu - Ən yaxşı bombardirindən

12 May 2022 00:30 Neftçi 1 519
“Neftçi” məhrum oldu - Ən yaxşı bombardirindən

Azərbaycan Premyer Liqasının XXVI turu iki futbolçunun cəzalı duruma düşməsi ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, bunlar Murad Musayev və Tyaqo Bezerradır.

Hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb. Bu üzdən “Qəbələ” Muradı, “Neftçi” isə ən yaxşı bombardiri olan Tyaqonun xidmətindən bir turluq məhrum olub.

Premyer Liqanın XXVII turu mayın 15-də keçiriləcək. “Qəbələ” “Şamaxı”nın, “Neftçi” “Zirə”nin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti