Rus klubu “Sportinfo”nun TRANSFER XƏBƏRİni təsdiqlədi – Söhbət bitdi, “Neftçi”yə gəlir

27 Yanvar 2022 16:00 Neftçi 1 435
Rus klubu “Sportinfo”nun TRANSFER XƏBƏRİni təsdiqlədi – Söhbət bitdi, “Neftçi”yə gəlir

"Ufa" Azərbaycan əsilli futbolçusu Azər Əliyevlə vidalaşıb.

Bu barədə Başqırdıstan təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Azər Əliyev "Ufa"ya 2018-ci ildə "Krılya Sovetov"dan keçmişdi. Daha sonra “Tambov”a keçib və ötən il yenidən geri qayıdıb.

O, artıq karyersını “Neftçi”də davam etdirəcək. Vaxtilə millimizdən imtina etmiş cinah oyunçusunun “ağ-qaralar”la 2,5 illik müqavilə imzalayacağı da məlum olub. Daha öncə 1,5 illik kontraktın nəzərdə tutulduğu bildirilirdi.

Bu keçidin reallaşması barədə ilk xəbəri saytımızın yaydını bir daha xatırladaq (https://www.sportinfo.az/idman_xeberleri/neftci/131915.html).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti