“Neftçi”dən daha bir SON DƏQİQƏ TRANSFERİ

25 Yanvar 2022 16:20 Neftçi 2 552
“Neftçi”dən daha bir SON DƏQİQƏ TRANSFERİ

“Neftçi” növbəti transfer çalışmasını bitirib.

Sportinfo.az bu haqda Bakı klubundan məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, Azər Əliyevln keçidi həllini tapıb.

“Ağ-qaralar” onu “Ufa”dan 6 aylıq icarəyə götürüb. Yayda isə tərəflər yenidən danışıqlar masası arxasına əyləşəcək və şərtlər üst-üsə düşərsə, Rusiya klubundan onun transfer hüququ birdəfəlik alınacaq.

“Yenisey”in yetirməsi olan 27 yaşlı cinah oyunçusu daha əvvəl “Saxalin”, “Krılya Sovetov” və “Tambov”da çıxış edib.

“Neftçi”nin ona kimi Azər Salahlı ("Keşlə"), Eddi İsrafilov (azad agent), Elton Əlibəyli (“Səbail”: icarədən qayıdıb), Gilyerme Pato ("İnternasional", Braziliya) və İvan Brkiç ("Riqa", Latviya) ilə güclənməsini xatırladaq.

Digər Xəbərlər
Xəbər Lenti