“Neftçi”dən getdi – SON DƏQİQƏ XƏBƏRİ “Sportinfo”da

25 Yanvar 2022 16:00 Neftçi 2 048
“Neftçi”dən getdi – SON DƏQİQƏ XƏBƏRİ “Sportinfo”da

“Neftçi”dən ayrılacaq növbəti futbolçunun kimliyi dəqiqləşib.

Bu barədə paytaxt klubundan Sportinfo.az-a bildirilib.

Məlumat verilib ki, Mamadu Kane ilə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib.

Belə ki, “Olimpiakos” müqavilə ilə ona məxsus olan yarımmüdafiəçinin sözləşməsinin ləğvi məqsədilə “Neftçi”yə məktub ünvanlayıb.

Bakılı nümayəndələr Yunanıstan təmsilçisinin istəyini müsbət cavablandırıb və Kane ilə rəsmən vidalaşıb.

Beləliklə, son 1 ayda “Neftçi”dən gedənlərin sayı 6-ya çatıb: Fəhmin Muradbəyli ("Keşlə": icarəyə), Romen Bask ("Şatoru", Fransa), Sabir Buqrin ("Esperans", Tunis), Harramiz Soareş (azad agent), Anxel Korrea ("Olimpiakos Volos", Yunanıstan).

Digər Xəbərlər
Xəbər Lenti