“Neftçi” razılıq verdi – Gedənlərin sayı 4-ə çatdı

20 Yanvar 2022 13:00 Neftçi 2 563
“Neftçi” razılıq verdi – Gedənlərin sayı 4-ə çatdı

Qış fasiləsində “Neftçi”ni tərk edənlərin sayı 4-ə çatıb.

Fəhmin Muradbəylini "Keşlə"yə icarəyə verən, Romen Bask ("Şatoru", Fransa) və Sabir Buqrinlə ("Esperans", Tunis) birdəfəlik vidalaşan paytaxt klubu Xorxe Korreanın təklifi ilə razılaşıb.

Bu haqda “Neftçi”dən redaksiyamıza bildirilib.

Ailəsi koronavirusa yoluxduğu üçün karantina alınan argentinalı Antalya toplanışına qatılmayacağı məlum olub.

Ötən ilin yayında 2 il müddətinə müqavilə bağlanılan hücumameylli yarımmüdafiəçi. “Neftçi” rəhbərliyinə müraciət ünvanlayıb.

29 yaşlı argentinalı ailə problemlərini əsas gətirərək, Azərbaycanda çıxışını davam etdirmək istəmədiyini, anlaşmanı qarşılıqlı razılaşma əsasında pozmağa hazırlaşdığını açıqlayıb.

Bakılı rəsmilər cənubi amerikalı legionerin gedişinə okey verib. Bu gün, yaxud sabah bu ayrılığın rəsmən açıqlanması gözlənilir.

Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010 - 2018), “Defensores de Belqrano” (2012 - 2013) və Portuqaliyanın “Maritimu” (2018 - 2021) klublarında çıxış edib.

O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti