Yeni transferin özü "Neftçi" yolunda, ürəyi Braziliya klubunda - FOTO

17 Yanvar 2022 00:40 Neftçi 1 091
Yeni transferin özü "Neftçi" yolunda, ürəyi Braziliya klubunda - FOTO

“Neftçi”nin yeni transferi Gilyerme Pato “İnternasyonal”dan ayrılması barədə şəxsi instaqram hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, bu klubun yetirməsi olan Pato sosial şəbəkədə Braziliya klubundan ayrılması barədə bunları yazıb:

“Bu vida üçün ən doğru söz, minnətdarlıq olardı. Bu gün karyeramda böyük bir tsikl başa çatır. 9 yaşımda gəldiyim klubdan bu gün ayrılıram.

Hamınıza təşəkkür edib, çox sağol demək istəyirəm. Sevimli komandamızın peşəkar futbolçusu olmaq mən və ailəmin xəyalı idi.

Bu xəyalı gerçəkləşdirdiyinə görə “İnternasyonal”a təşəkkür edirəm. Geridə qalan 12 ildə “İnternasyonal”a düşməyimdə köməyi dəyən hər bir adama təşəkkür edirəm.

“İnternasyonal”a ömür boyu ürəyimdə qalacaq anlar bəxş etdiyinə görə təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti