“Neftçi”ni 2022-ci ildə bir də belə görün - VİDEOREPORTAJ

16 Yanvar 2022 09:20 Neftçi 719
“Neftçi”ni 2022-ci ildə bir də belə görün - VİDEOREPORTAJ

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu “Kişvarda” ilə üz-üzə gəlib.

Son çempionun Macarıstan təmsilçisi ilə matçı “Emirhan Sports Complex Side” sadionunda olub.

Görüşə sürətli başlayan macarlar erkən qollarla 2:0 önə keçib. Lakin bakılılar məğlubiyyətdən qurtulmağı bacarıb.

İlk yarının sonlarında fərqi azaldan təmsilçimiz ikinci hissədə status-kvonu bərpa edib - 2:2. Əvvəl Emin Mahmudov (42), ardınca Ramin Nəsirli (71) fərqlənib.

“Neftçi TV” bu görüşlə bağlı videoreportadj hazırlayıb, onu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!