“Neftçi”nin yeni baş məşqçisi – O, Azərbaycana dəvət olundu: SON DƏQİQƏ!

23 Noyabr 2021 21:20 Neftçi 7 489
“Neftçi”nin yeni baş məşqçisi – O, Azərbaycana dəvət olundu: SON DƏQİQƏ!

“Neftçi”nin baş məşqçisi Samir Abasov ətrafında “çəmbər daralmaqdadır”.

Bir qədər öncə bəyan etdiyimiz kimi, klub rəhbərliyinin onunla bağlı planları dəqiqləşib.

Premyer Liqanın son 3 turunda məğlubiyyətlə üzləşən komanda Samir Abasovun əlindən alınacaq.

Bu, ümumi məsləhətləşmə ilə verilən qərardır. Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun tələbi və təkidi ilə.

Rəsmilər arasında gedən müzakirələr zamanı bəzi futbolçuların da rəyi öyrənilib. Xüsusən yerlilərin. Komanda üzvləri Abasovdan şikayətini çatdırıb, müəyyən faktlar sadalayıb.

Bildiriblər ki, baş məşqçi kollektiv arasında ayrı-seçkilik toxumları səpib və indi Sabir Buqrinin timsalında əksər legionerlər bu vəziyyətdə qalıb oynamaq istəmir. Yekun fikir budur ki, problem vaxt itirilmədən həllini tapmalıdır.

Abasov «Sabah»la oyundan sonra istefa verəcəyini iddia edib. Gənc çalışdırıcı qarşılaşmanın ardından paltardəyişmə otağına gələrək, futbolçularla sağollaşıb.

Abasov Premyer Liqaya ardıcıl 3 məğlubiyyətin «Neftçi»yə yaraşmadığını, bu üzdən vəzifəsindən ayrılmaq istədiyini bildirib: «Gəldim ki, sizinlə sağollaşım, sonra istefa ərizəsi yazmağa gedəcəm».

Samir bəy dediyini etməyib. Amma onun yerinə axtarışlar 2 gün öncə başlayıb. Və artıq nəticəsi də var! Bakılıların təmasa keçdiyi mütəxəssis əcnəbidir.

vropadan olan çalışdırıcı Azərbaycana dəvət edilib. O, Premyer Liqanın qış fasiləsinədək olan müddətdə keçirəcəyi 3 matçı stadiondan izləməli, sonra fəaliyyət proqramını hazırlayıb təqdim etməlidir.

“Neftçi”nin danışıqlar apardığı məşqçinin kimliyini müəyyənləşdirməyə çalışırıq. Həmçinin tərəflərin irəli sürdüyü şərtləri dəqiqləşdirməkdəyik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”