
Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələ oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi Alfa Kontenin dəvət aldığı Syerra Leoneı Malidə Burkino Faso yığması ilə üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
“Neftçi”nin yarımmüdafiəçisi əvvəldən sona kimi ehtiyatda qalıb. Konte iyunun 5-də Cibutiyə qarşı keçirilən matçda 24 dəqiqə meydanda olmuşdu.
4 turdan sonra Syerra Leone millisi Burkino Faso ilə birgə 5 xalla qrupda 3-4-cü yerləri bölüşdürür.
Misir millisi 10 xalla qrupda liderdir. Qvineya Bissau 6 xalla ikinci, Efiopiya 3 xalla beşinci, Cibuti isə 1 xalla altıncıdır.
Bufkino Faso millisi ölkədəki siyasi vəziyyət səbəbindən ev oyunlarını hələlik Malidə keçirir.