Menecerlər "Neftçi"nin aparıcı legionerini "Qarabağ"a təklif etdi – BU QİYMƏTƏ

23 Oktyabr 2021 11:40 Neftçi 4 369
Menecerlər "Neftçi"nin aparıcı legionerini "Qarabağ"a təklif etdi – BU QİYMƏTƏ

«Neftçi»nin legioneri Sabir Buqrin yeni mövsümə «Qarabağ»da başlaya bilər,

Bu haqda Ağdam klubuna yaxın mənbələrdən Sportinfo.az-a məlumat daxil olub.

Redaksiyamıza bildirilib ki, menecerlər mərakeşli yarımmüdaiəçinin xidmətini «köhlən atlılar»a təklif edib, Belçika vətəndaşlığı da daşıyan orta sahə oyunçusuna görə istənlən məbləğ də məlumdur - 320 min dollar.

Vitse-çempion bu məbləği ödəməyə hazırdır. Hətta onlar ümid edirlər ki, Sabiri 250-270 min dollara razı salmaq da mümkündür.

Axı onun «Neftçi»dəki illik qazancı bundan qat-qat aşağıdır. Ötən ilin yayında «Düdelanj»dan bura gələn legionerin aylıq maaşı 7000 dollar təşkil edir.

Baklılıar 2 illik müqaviləsi sezonun sonunda başa çatacaq Buqrinlə kontraktı uzatmağı çox istəyir, ona təklif olunub ki, sözləşməni yeniləməyə «ok» versə, məvacibi indidən artırılacaq.

O, dəfələrlə çağırış almasına baxmayaraq, danışıqlar masası arxasına əyləşməyib. Görünür, Sabirin fikri, doğrudan da, ciddidir – «Neftçi»dən getməyi özlüyündə qətiləşdirib.

«Qarabağ» menecerlərin irəli sürdüyü variantı müsbət qarşılasa da, Sabirin özü ilə görüşmələri dekabrın sonuna saxlayıb.

Ağdam təmsilçisi bununla beynəlxalq hüquqla tənzimlənən qanunlara riayət etmək istəyir - futbolçunun «Neftçi» ilə müqaviləsinin bitməsinə 6 ay qalmasını gözləyir. Buqrin həmin vaxtadək «Neftçi» rəsmilərini xəbərdar etməlidir ki, «Qarabağ» danışıqlara start versin.

Ümumiyyətlə, onunla maraqlanan çoxdur. «Antalyaspor» başda olmaqla, Türkiyənin bir neçə Super Liqa klubundan, həmçinin Polşa, Belçika, Yunanıstan və Rusiyadan Buqrinə təkliflər yağmaqdadır.

Sadəcə, menecerlər «Qarabağ»ı əmin edib ki, Sabirin ilk seçimi bu formanı geyinməkdir. Çünki o, avrokuboklarda daim uğurlu sezon keçirən bir komandanın şərəfini qorumağı arzulayır.

Yarımmüdafiəçi «köhlən atlılar»a 2018-ci ildən yaxşı tanışdır. Həmin il Avropa Liqasının qrupp mərhələsində «Qarabağ»la eyni qrupda yer alan «Düdelanj»ın heyətində yer alıb, hətta Bakıda 1:1 bitən oyunda fərqlənməyə də fürsət tapıb.

Digər Xəbərlər
Xəbər Lenti