Böyükağa Hacıyevin ailəsi “Neftçi”dən maddi köməklik istədi

22 Oktyabr 2021 20:20 Neftçi 1 722
Böyükağa Hacıyevin ailəsi “Neftçi”dən maddi köməklik istədi

Böyükağa Hacıyevin ailə üzvləri “Neftçi” rəhbərliyinə müraciət edib.

Onlar paytaxt klubundan başbilənlərindən maddi dəstək istəyib.

Mərhum mütəxəssisin yaxınları üzləşdikləri bəzi problemlərin həlli üçün 1500 manata ehtiyacı olduqlarını bildirib.

B.Hacıyev 2018-ci il, martın 16-da uzun sürən xəstəlikdən sonra 60 yaşında dünyasını dəyişib. Naxçıvanda 1958-cu il aprelin 20-də anadan olan

Böyükağa Hacıyev 2006-cı ildə "Bakı"ya Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb.

Bundan başqa, tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti